“Yaşıl dünya naminə həmrəylik ili"çərçivəsində Şahbuz rayonunda bu il yaşıllıq sahələrinin artırılması və qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. İlin əvvəlindən bu günə kimi ağacəkmə aksiyalarında minlərlə ting əkilərək aqrotexniki qaydada qulluq edilib,suvarma işləri aparılmışdır.
Novbəti illərdə yaşıllıq sahələrinin artırılması və bərpasında müxtəlif növ meyvə tinglərinə olan tələbatı yerli istehsal hesabına ödəmək üçün hazırlıq işləri davam etdirilir.
Bu məqsədlə Şahbuz şəhərində tingçilik üçün əlverişli münbit torpaq sahəsi ayrılıb. Artıq bir neçə ildir ki, tingçiliyi inkişaf etdirmək üçün çəyirdəkli meyvələrin və bəzək ağaclarının toxumları əkilərək becərilir. Bu görülən işlər rayonun tingçiliyə olan tələbatın ödənilməsi üçün zəmin yaradır.
06 dekabr 2024-cü il tarixində tingçilik üçün ayrılan sahədə 60 kq cəviz, 50 kq ərik, 40 kq badam toxumları əkilmişdir. Toxumların əkilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılıb. Hər bir meyvə toxumlarının əkilərək aqrotexniki qaydada qulluq göstərilməsi üçün xüsusi yerlər ayrılıb.
Əkilən toxumlardan yüksək keyfiyyətli cücərti əldə etmək məqsədilə aqrotexniki qaydada qulluq işləri davam etdirilir.