Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Ulu Öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Respublikanın hər yerində olduğu kimi Şahbuz rayonunda da saat 17:00-da nəqliyyatın hərəkəti dayandırılıb və  avtomobillərdən siqnallar verilib