Şahbuz Rayon İcra Hakimiyyəti və tabeliyində olan alt qurumları üzrə göstərilən Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş 33 növdə xidmət
1.Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması;
2.Fiziki şəxsin üzərində patronaj təyin edilməsi;
3.Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı;
4.On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi;
5.Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi;
6.Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi;
7.Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması;
8.Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi;
9.Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi;
10.Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması;
11.Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması;
12.Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi;
13.Yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsi;
14.Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi;
15.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi;
16.Vəsiyyətnamələrin təsdiq edilməsi;
17.Bələdiyyə mülkiyyətində olan torpaqların ayrılması ilə əlaqədar rəy;
18.Doğumun qeydə alınması;
19.Nikahın qeydə alınması;
20.Ölümün qeydə alınması;
21.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi;
22.Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi;
23.Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi;
24.Tikintilərin Dövlət reyestrinə məlumatın təqdim edilməsi;
25.Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi;
26.Tikintiyə icazə verilməsi;
27.Uşağın mənşəyinin müəyyən edilməsi;
28.Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması;
29.Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması;
30.Yaşıllıqların götürülməsi haqqında qərarın verilməsi;
31.Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi;
32.Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müddətli istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi;
33.Nikah yaşının azaldılması