Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şahbuz şəhərində mərasim keçirilib

12 dekabr 2024-cü il tarixində Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şahbuz şəhərində ehsan süfrəsi təşkil edilib. Mərasimdə şəhid ailələri, şəhər, qəsəbə və kənd ağsaqqalları və rayon sakinləri iştirak ediblər. 

Mərasimdə çıxış edənlər dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Ulu öndərimizin siyasi xəttinin dövlətimizin başçısı möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.