Ulu Öndər Heydər Əliyevin adına bulaq- abidənin və ətrafındakı parkın təmirinə başlanılıb.

Şahbuz şəhərində sakinlərin əsas istirahət məkanlarindan biri olan Ulu Öndər Heydər Əliyevin adını daşıyan bulaq - abidənin və ətrafındakı parkın təmirinə başlanılıb.

Bu məqsədlə layihə-smeta sənədləri hazırlanaraq müvafiq orqana təqdim edilmiş və ekspertiza rəyi alınmışdır."Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanuna müvafiq olaraq, kotirovka sorğusu metodu ilə müsabiqə elan olunmuşdur. Müsabiqə yekunlaşdıqdan sonra işlərin görülməsi üçün qalib təchizatçı ilə müqavilə bağlanmışdır.

Ümumi sahəsi 1800 kvadratmetrə yaxın olan parkın ərazisində çökmüş kilid daşları və beton bordürlar yenilənəcəkdir. Bulaq və hovuz müasir tələblərə uyğun olaraq bərpa ediləcək. Suvarma xətləri və işıqlandırma dirəkləri yenisi ilə əvəz ediləcəkdir. Yeni oturacaqlar və tullantı qutuları  qoyulacaq.

 Aparılan təmir işləri tamamlandıqdan sonra bulaq- abidə və ətrafındakı park yenidən rayon sakinləri və qonaqların istifadəsinə veriləcək.