Şahbuzda Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

 2025-cü il 19 mart tarixində rayon  Mədəniyyət Sarayında xalqımızın qədim tarixindən süzülüb gələn, ata-babalarımızın yaşatdığı  milli-mənəvi dəyərlərimizi, adət-ənələrimizi  özündə əks elətdirən  Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Bayram tədbirində icra hakimiyyətinin, hüquq–mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 Tədbirin əvvəlində  Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək  dövlət himni səsləndirilib. 

  Sonra səhnəyə  Dədə Qorqud gələrək elimizə, obamıza, ana yurdumuza,  ruzi-bərəkətli yazın, təravətli  baharın  gəlişi münasibətilə tədbir iştirakçılarını  təbrik etmişdir. 

  Tədbirin aparıcıları tərəfindən qeyd edilmişdir ki, müasir Azərbaycanın memarı və qurucusu  Ulu öndər Heydər Əliyevin vəsiyyətini və xalqımızın arzularını gerçəkləşdirən  Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında artıq bütov Azərbaycanın hər bir yerində Novruz bayramının qururla qeyd olunur, bir neçə ildir ki, Möhtərəm Prezidentimiz Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə mədəniyyətimizin beşiyi hesab olunan Şuşadan, Xankəndindən və işğaldan azad olunmuş  digər torpaqlarımızdan xalqımızı təbrik edirlər. 

  Müzəfər Ali Baş Komandan İlham Əliyevin Xankəndində yandırdığı tonqal ətrafından xalqımızı təbrik etməsi hər bir Azərbaycanlıda böyük qürur hissi oyadaraq, hər birimizə 30 ildən sonra Novruz bayramını bütöv və suveren qarşılamaq sevincini yaşatdı. 

  Tədbirdə rayon mədəniyyət şöbəsinin, uşaq musiqi məktəblərinin, digər yaradıcılıq mərkəzlərinin, mədəniyyət evlərinin  musiqi və folklor kolektivləri tərəfindən təqdim edilən konsert proqramı, eləcə də “Çöpüdü” “Hodu-hodu”, “Kosa-kosa” xalq oyunları iştirakçılar tərəfindən alqışla qarşılanmışdır.