Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Şahbuz rayonunda bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə başlanıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin hazırladığı layihənin sifarişi əsasında Şahbuz şəhər Heydər Əliyev prospektində, Mikayıl Müşfiq və 28 May küçələrindəki yaşayış binalarının həyətlərində ümumilikdə 8 ədəd uşaq əyləncə atraksionunun quraşdırılması nəzərdə tutulur.
Hazırda 28 May küçəsində yerləşən yaşayış binalarının həyətlərində 2 ədəd atraksionun quraşdırılması işləri aparılır.
Mart ayının sonuna qədər atraksionlar quraşdırılaraq uşaqların istifadəsinə veriləcək.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və əyləncəli keçirmələri üçün işlər bundan sonra da davam etdiriləcəkdir
![]() |
![]() |
![]() |
![]() |