Şahbuz rayonunda yaşıllıqlara növbəti dəfə qulluq aksiyası keçirilib

17 may 2025-ci il tarixində Şahbuz rayonunun bütün yaşayış məntəqələrində yaşıllıq sahələrinə aqrotexniki qaydada qulluq göstərilib. Aksiya çərçivəsində ağacların dibləri yumşaldılıb, gövdələri zərərvericilərə qarşı xüsusi məhlulla ağardılıb. Eyni zamanda, alaq otları biçilərək ərazidən daşınıb, arxlar yenilənib, gülkarlıqlarda isə təmizlik və səliqə-sahman işləri aparılıb.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəallıqla iştirak ediblər. Aksiya çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin saxlanması istiqamətində mühüm addımlar atılıb.

 Şahbuz rayonunda bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.