Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Matəm günü ilə əlaqədar ölkənin hər yerində olduğu kimi, Şahbuz rayonunda da aviaqəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət bayraqları yarıyadək endirilib, nəqliyyatın hərəkəti dayandırılıb, rayon ərazisində keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb