2 fevral- Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Azərbaycan gəncliyi: ölkəmizdə gənclər siyasəti, dövlətin gəncliyə qayğısı” mövzusunda ,Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının inzibati binasında təbdir keçirilib.
31 yanvar 2025-ci il tarixində Şahbuz Rayon İcra Hakimiyyəti və Şahbuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi: ölkəmizdə gənclər siyasəti, dövlətin gəncliyə qayğısı” mövzusunda tədbir keçirilib.
Tədbirə başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini(dini qurumlarla işin təşkilatçısı) Nubar Səfərova vurğulayıb ki, 2 fevralın Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Təbdirdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli və Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Hüseyn Qəhrəmanov çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən gənclər təltif olunublar.
![]() |
![]() |
![]() |
![]() |