Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Gömür kəndində növbəti dəfə səyyar qəbul keçirib.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Gömür  kəndinin sakinlərini növbəti dəfə qəbul edib, müraciətlərini dinləyib.

Gömür   kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin İnzibati binasında keçirilən səyyar qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

  Rəfael Babayev müraciətlərin qısa müddətdə araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

 Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

 Kənd sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.