2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri

2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri

 

 

Fəaliyyət sahələri

2025-ci ilin

yanvar-iyun ayları, faktiki

2024-cü ilin müvafiq dövrünə nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

47 738,5

106,7

Sənaye məhsulu, min manat

18 377,0

103,8

Tikinti

2 594,9

57,8

Kənd təsərrüfatı məhsulu, min manat

18 941,9

101,1

Nəqliyyat sektorunda yük daşınması, min ton

94,1

101,2

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

515,7

100,8

İnformasiya və rabitə

203,6

62,0

Ticarət

16 925,1

103,1

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

4 991,1

106,6

 

 

Ümumi məhsul buraxılışı. 2025-ci ilin yanvar-iyun aylarında 47738,5 min manatlıq, yaxud 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox məhsul buraxılışı qeydə alınmışdır.

Ümumi məhsul buraxılışının həcmi

min manatla

Fəaliyyət sahələri

2025-ci ilin yanvar-iyun  ayları faktiki,

qiymətlərlə

Sənaye

18377,0

Tikinti

2594,9

Kənd təsərrüfatı

18941,9

Nəqliyyat və anbar təsərrüfatı

2205,1

İnformasiya və rabitə

203,6

Ticarət

5416,0

YEKUN

47738,5

 

Sənaye. 2025-ci ilin yanvar-iyun aylarında 18377,0 min manatlıq, yaxud 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Əsaslı tikinti. 2025-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2775,2 min manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,3 faiz az vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 42,2 faiz azalaraq 2594,9 min manat təşkil etmişdir.

Kənd təsərrüfatı. Şahbuz rayonunda yazlıq bitkilərin əkini başa çatmışdır. 1 iyul 2025-ci il tarixə 110,8 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 13,5 faiz artmışdır. Əkin sahəsinin 38,2 hektarını dənli və dənli paxlalılar (qarğıdalısız), 18 hektarını kartof, 38,5 hektarını tərəvəz, 16,1 hektarını cari ilin çoxillik otları təşkil etmişdir.

1 iyul 2025-ci il tarixə əkin sahələrindən 26,5 ton tərəvəz, 977,1 ton meyvə və giləmeyvə yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 1,9 faiz, meyvə və giləmeyvə istehsalı 0,3 faiz artmışdır.

1 iyul 2025-ci il tarixə Şahbuz rayonunda 9020 baş                 iribuynuzlu mal-qara olmuşdur ki, bu da 1 iyul 2024-cü illə müqayisədə 15,4 faiz azdır.

Məhsuldar mal-qara olan inək-camışlar iribuynuzlu mal-qaranın 4493 başını və yaxud 49,8 faizini təşkil etməklə 1 iyul 2024-cü illə müqayisədə 5,4 faiz azdır.

1 iyul 2025-ci il tarixə Şahbuz rayonunda 39039 baş qoyun və keçi olmuşdur ki, bu da 1 iyul 2024-cü illə müqayisədə 6,4 faiz azdır.

 

Şahbuz rayonunda mal-qaranın sayı, baş

 

Göstəricilərin adı

1 iyul

2025-ci il tarixə

1 iyul

2024-cü il tarixə

analoji nisbət, faizlə

İribuynuzlu mal-qara

9 020

10 660

84,6

    ondan :

    inək-camışlar

4 493

4 751

94,6

Qoyun və keçilər

39 039

41 707

93,6

 

2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunda diri çəkidə 1613,0 ton ət, 9621 ton süd, 8530 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,0 faiz, yumurta istehsalı 0,4 faiz artmışdır.

 

Şahbuz rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

                                                                                                                      

Məhsulların adı

2025-ci ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

analoji

nisbət,

faizlə

Ət (diri çəkidə), ton

1 613,0

1 569,0

102,8

Süd, ton

9 621,0

9 524,0

101,0

Yumurta, min ədəd

8 530,0

8 498,0

100,4

 

Kənd təsərrüfatı məhsulu haqqında

 

                                                                                                                                     min manat

Sahələr

2025-ci ilin

yanvar-iyun

ayları

2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin

yanvar-iyun aylarına nisbətən, faizlə

Heyvandarlıq

12 635,4

100,6

Bitkiçilik

6 306,5

102,2

Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı

18 941,9

101,1

 

Şahbuz rayonunun kənd təsərrüfatı sektorunda 18941,9 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz çoxdur.

Nəqliyyat, informasiya və rabitə. 2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 94,1 min ton yük, 515,7 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə  müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 0,8 faiz artmışdır.

Şahbuz rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 203,6 min manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,0 faiz azdır.

İstehlak bazarı. 2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,1 faiz artaraq 16925,1 min manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 1154,6 min manat təşkil etmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə   1,2 faiz çoxdur. 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 4991,1 min manat təşkil etmişdir.

 

Şahbuz rayonunda 2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət, ictimai iaşə dövriyyələri və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

Müqayisə

predmeti

2025-ci ilin

yanvar-iyun ayları

2024-cü ilin             müvafiq dövrünə           nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi, min manat                  

16 925,1

103,1

İctimai iaşə dövriyyəsi, min manat

1 154,6

101,2

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

4 991,1

106,6

 

Yeni iş yerləri.

 2025-ci ilin yanvar-iyun aylarında Şahbuz rayonunda 11 yeni iş yeri açılmışdır.

 

Açılmış iş yerlərinin müxtəlif

təşkilatlar üzrə bölgüsü

2025-ci il

Cəmi

I rüb

II rüb

Açılmış iş yerlərinin sayı, cəmi

-

11

11

        o cümlədən

 

 

 

yeni yaradılmış müəssisə və təşkilatlarda

-

11

11

mövcud müəssisə və təşkilatlarda

-

-

-

fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

-

-

-

digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)

-

-

-

 

 

Şahbuz rayonunun demoqrafik göstəriciləri ( 2025-ci ilin yanvar-iyun ayları üzrə)

 

Əhalinin sayı nəfərlə (2025-ci il 01 iyul tarixə)

25304

Doğulanların sayı

44

Ölənlərin sayı

66