2024-cü il 7 mart tarixində Şahbuz Rayon Mədəniyyət Sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək tədbirə dəvət olunmuş şəhid ailələrinin üzvlərini və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınları təbrik edərək qeyd etmişdir ki, qadınlarımız milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında, dövlət qulluğu işinin fəal iştirakçısı kimi müstəqil dövlətimizin inkişafında əməyi misilsizdir.
Tədbirdə təbrik üçün şəhid anası Həcər Muradova, Şada kənd tam orta məktəbin müəllimi Tərifə Məmmədova çıxış ediblər.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbirə dəvət olunmuş şəhidlərin ailə üzvlərinə və rayonun fəal qadınlarına hədiyyələr təqdim etmişdir.
Sonda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz Rayon Mədəniyyət Şöbəsi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunmuşdur.