15 İyun - Milli Qurtuluş Günü münasibətilə Şahbuz rayonunda Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib.

15 iyun 2025-ci il tarixdə Milli Qurtuluş Günü münasibətilə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şahbuz şəhərində ucalan büstü Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,deputatlar,idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, Ulu Öndərə ehtiram əlaməti olaraq büstü önünə gül dəstələri düzülmüşdür.