
09 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatına yeni təyin olunmuş sədr Nicat Ələkbərov partiya fəallarına təqdim olunub.
Təqdimat mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Şahbuz şəhərində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Mərasimdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə YAP Şahbuz Rayon Təşkilatının sədri vəzifəsinə Nicat Ələkbərovun təyin olunmasını diqqətə çatdırıb. Rayon təşkilatına uzun illər rəhbərlik etmiş Rizvan Məmmədovun fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri onun partiyanın inkişafına verdiyi töhfələri qeyd edərək, uzunmüddətli səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib.
Rəfael Babayev yeni təyin olunmuş sədr Nicat Ələkbərovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təyinatın Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının fəaliyyətinin daha da güclənməsinə, yeni məzmun və keyfiyyət mərhələsinə yüksəlməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Çıxış edən Nicat Ələkbərov göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, partiyanın prinsiplərinə sadiq qalmaq və rayon təşkilatının fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində əzmlə çalışacağını vurğulayıb.
Sonda tədbir iştirakçıları yeni sədrə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |