
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Türkeş kənd sakinlərini növbəti səyyar qəbul çərçivəsində fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
13 may 2026-cı il tarixində Türkeş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında keçirilən qəbul zamanı rayon rəhbəri vətəndaşların problemləri ilə yaxından tanış olub, müraciət və təkliflərini diqqətlə dinləyib.
Rəfael Babayev qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və həlli istiqamətində müvafiq qurum rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Kənd sakinləri müraciətlərinə operativ baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu cür səyyar qəbullar mütəmadi xarakter daşıyır və vətəndaşların dövlət qurumlarına birbaşa müraciət imkanlarını genişləndirir. Bu görüşlər mövcud problemlərin operativ həlli, yeni təşəbbüslərin dəstəklənməsi və kəndlərin sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
![]() |
![]() |