“Şəhərsalma və memarlıq ili” çərçivəsində Şahbuz rayonunda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində növbəti tədbir keçirilib.
3 oktyabr 2026-cı il tarixində keçirilən aksiya zamanı rayon ərazisindəki yaşıllıq zolaqlarında genişmiqyaslı aqrotexniki qulluq işləri aparılıb. Tədbir çərçivəsində ağacların quru budaqları budanaraq ərazidən daşınıb, suvarma arxları təmizlənib və yenilənib. Həmçinin ağac gövdələri zərərvericilərdən qorunması məqsədilə xüsusi məhlulla ağardılıb.
Bununla yanaşı, gülkarlıqlarda səliqə-sahman yaradılıb, ərazilərin ümumi görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb.
Qeyd edək ki, rayonun estetik görünüşünün qorunması, yaşıllıqların sağlam vəziyyətdə saxlanılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə bu istiqamətdə işlər, xüsusilə payız mövsümündə, diqqətdə saxlanılır.
Keçirilən aksiya çərçivəsində növbəti həftələrdə yaşıllıq sahələrində aparılacaq bərpa və abadlıq işlərinə hazırlıq tədbirləri də həyata keçirilib.