
27 Sentyabr – Anım Günü ərəfəsində Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir, onların ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilir.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun müxtəlif yaşayış məntəqələrində şəhid ailələrini ziyarət edib.
Keçili kəndində şəhidlər Həmzəyev Mərhəmət Rizvan oğlunun və Fətullayev Ələmdar Yamən oğlunun, Külüs kəndində şəhid Qureşli Firuz Əli oğlunun, Şahbuzkənd kəndində şəhid Bayramlı Cavid Əhliman oğlunun, Kiçikoba kəndində isə şəhid Cəfərov Cavid Dilavər oğlunun ailələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı şəhid ailələrinin sosial-məişət qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib və aidiyyəti üzrə həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarət zamanı şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |