
27 Sentyabr – Anım Günü ərəfəsində Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı davam etdirilir.
Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov Şahbuz şəhərində şəhid ailələrini və qaziləri ziyarət ediblər.
Görüşlər zamanı şəhid Məmmədov Tural Süleyman oğlunun və Orucov Mehman Rövşən oğlunun ailələri, həmçinin qazilər Abdullazadə Röyal Əli oğlu, Məmmədov Firuz Novruzəli oğlu, Yavərsoylu İsa Həmdulla oğlu, Heydərov Əsəd Əli oğlu və Əliyev Elxan Oktay oğlunun ailələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı şəhid ailələri və qazilərin sosial-məişət qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti üzrə operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarətlər zamanı şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |