
27 Sentyabr – Anım Günü ərəfəsində Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir, onların ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilir.Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun müxtəlif yaşayış məntəqələrində şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.
Ziyarətlər zamanı Biçənək kəndində şəhid Hüseynov Əli Abbas oğlunun, Badamlı qəsəbəsində şəhidlər Bağırov Ramin Nəriman oğlunun, Salahov Ceyhun Həmi oğlunun, Tağıyev Səbuhi Gündüz oğlunun, İsmayılov Fərmayıl İsmayıl oğlunun, eləcə də Naxçıvan şəhərində yaşayan şəhid Ələkbərov Vahid Zahid oğlunun ailələri ziyarət olunub. Həmçinin Biçənək kəndində müharibə əlili Rəhimov Kamal Famil oğlu ilə də yaşadığı ünvanda görüş keçirilib.
Görüşlərdə şəhid ailələrinin və müharibə əlilinin sosial-məişət qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti üzrə operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarət zamanı şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |