
Şahbuz rayonunda Novruz bayramı münasibətilə möhtəşəm bayram konserti keçirilib.
2026-cı il 19 mart tarixində rayon Mədəniyyət Sarayının qarşısında xalqımızın qədim tarixini və milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş təntənəli tədbir təşkil edilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Meydana təşrif buyuran Dədə Qorqud elimizə-obamıza baharın gəlişi münasibətilə xeyir-dua verərək tədbir iştirakçılarını təbrik edib və tonqalı alovlandırıb.
Çıxış edən aparıcılar vurğulayıblar ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və xalqımızın arzularını gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında artıq Novruz bayramı bütöv Azərbaycanın hər bir yerində qürurla qeyd olunur. Xüsusi qeyd edilib ki, dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xocavənd rayonunun Xanoba kəndində bayram tonqalını alovlandırması və oradan xalqımızı təbrik etməsi hər bir azərbaycanlıda böyük iftixar hissi oyadıb. 30 ildən sonra Novruzun suveren və bütöv Azərbaycanda qarşılanması builki bayrama xüsusi rəng qatıb.
Bayram tədbiri rayonun mədəniyyət və incəsənət kollektivlərinin hazırladığı geniş konsert proqramı ilə davam edib. Səhnələşdirilən “Çöpüdü”, “Hodu-hodu” və Novruzun rəmzi olan “Kosa-Keçəl” oyunları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |