
27 Sentyabr – Anım Günü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şahbuz şəhərində inşası davam edən Şəhidlər Abidə Kompleksi ərazisində ağacəkmə aksiyası keçirilib.
Əvvəlcə ərazidə hazırlıq işləri aparılıb, tinglərin əkilməsi üçün lazımi şərait yaradılıb. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, qurumun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində 100 ədəd Eldar şamı əkilib və onlara aqrotexniki qulluq göstərilib.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu aksiyanın, eyni zamanda, ekoloji tarazlığın qorunmasına da mühüm töhfə verdiyi qeyd olunub.
![]() |
![]() |
![]() |
![]() |