Şahbuz rayonunda yaşıllıqlarda növbəti qulluq işləri keçirilmişdir.

30 avqust 2025-ci il tarixində Şahbuz rayonunda yaşıllıqlara mövsümə uyğun qulluq aksiyası keçirilib. Aksiya çərçivəsində ağacların gövdələri zərərvericilərə qarşı xüsusi məhlulla ağardılıb. Eyni zamanda alaq otları biçilib, ərazidən daşınıb, təmizlik, səliqə-sahman və suvarma işləri aparılıb.

Tədbir Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəallıqla iştirak ediblər.

Qeyd edək ki, aksiya çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin mühafizəsi istiqamətində mühüm addımlar atılıb. Bu kimi tədbirlərin Şahbuz rayonunda mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.