“Şəhərsalma və memarlıq ili” çərçivəsində Şahbuz rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
14 noyabr 2026-cı il tarixində rayon ərazisində keçirilən növbəti iməcilik zamanı yaşıllıq zolaqlarında bərpa və aqrotexniki qulluq işləri həyata keçirilib, müxtəlif növ ağac tingləri əkilib.
Tədbir çərçivəsində ağacların qurumuş və zədələnmiş budaqları budanaraq ərazidən kənarlaşdırılıb, suvarma arxları təmizlənib və qaydaya salınıb. Eyni zamanda, ağac gövdələri zərərvericilərə qarşı mübarizə və qoruyucu tədbirlər məqsədilə xüsusi məhlulla ağardılıb.
Bununla yanaşı, gülkarlıqlarda təmizlik və səliqə-sahman işləri aparılıb, yaşıllıq sahələrinin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, rayon ərazisində yaşıllıqların qorunması, mövcud ağacların sağlamlığının təmin edilməsi, yeni yaşıllıq sahələrinin salınması və ekoloji tarazlığın mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə payız mövsümündə ağacəkmə, bərpa və mövsümi aqrotexniki qulluq tədbirlərinə xüsusi önəm verilir.