Şahbuz rayonunda yaşıllıq sahələrinə qulluq aksiyası keçirilib

“Şəhərsalma və memarlıq ili” çərçivəsində Şahbuz rayonunda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində növbəti tədbir reallaşdırılıb.

27 iyun 2026-cı il tarixində keçirilən aksiya zamanı rayonun bütün yaşıllıq zolaqlarında genişmiqyaslı aqrotexniki qulluq işləri aparılıb. Tədbir çərçivəsində alaq otları biçilərək ərazidən daşınıb, suvarma arxları yenilənib və ağac gövdələri zərərvericilərdən qorunmaq məqsədilə xüsusi məhlulla ağardılıb. Eyni zamanda, gülkarlıqlarda səliqə-sahman yaradılıb.

Qeyd edək ki, rayonun estetik görünüşünün qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə həyata keçirilən bu işlər xüsusi diqqət mərkəzində saxlanılır. Şahbuz rayonunda yaşıllıqların mühafizəsi və artırılması istiqamətində tədbirlər təsdiq olunmuş illik plana uyğun olaraq davam etdiriləcək.