27 Sentyabr – Anım Günü ilə əlaqədar Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqətin davamlılığı bir daha nümayiş etdirilib.
Bu məqsədlə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov tərəfindən şəhid ailələri ziyarət olunub.
Görüşlər zamanı Vətən müharibəsində şəhid olmuş Sadiqov Emin Rəşadət oğlunun, Rzayev Zülfü Zeyni oğlunun və Muradlı İlkin İlyas oğlunun ailə üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda şəhidlərin göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!