
2026-cı il iyunun 30-da Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şahbuz rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda xəbərdarlıq toplanış-məşqi keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd irimiqyaslı fövqəladə hadisələr zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və operativ hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Tədbir çərçivəsində mülki müdafiə qüvvələrinin fəaliyyəti, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə görüləcək tədbirlər, eləcə də aidiyyəti qurumların qarşılıqlı əlaqələndirilməsi məsələləri praktiki olaraq məşq etdirilib.
Xəbərdarlıq toplanış-məşqində 200-ə yaxın şəxsi heyət və 30-a yaxın texnika iştirak edib. Təlim zamanı qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib, iştirakçıların peşəkarlıq səviyyəsi və hazırlıq vəziyyəti yüksək qiymətləndirilib.
![]() |
![]() |
![]() |
![]() |