
14 fevral 2026-cı il tarixində Şahbuz rayonunun Badamlı qəsəbəsində mənalı və duyğulu yubiley görüşü keçirilib.
Şəhid Ceyhun Salahovun anası Xavər xanımın 70 illik yubileyi münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəhid anasını yaşadığı ünvanda ziyarət edərək onu yubiley münasibətilə təbrik edib, ən xoş arzularını və dərin ehtiramını çatdırıb.
Görüş zamanı qeyd edilib ki, respublikamızın hər yerində olduğu kimi Şahbuz rayonunda da şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial rifahının yaxşılaşdırılması və mənəvi dəstəyin göstərilməsi daim diqqət mərkəzində saxlanılır.
Səmimi söhbət zamanı şəhid Ceyhun Salahovun keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunələrindən geniş bəhs edilib, onun əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub. Qeyd olunub ki, şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq bu gün və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Xavər xanım isə öz növbəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib, dövlətin şəhid ailələrinə olan yüksək diqqət və həssas münasibətini xüsusi vurğulayıb.
Yubiley mərasimi xoş, səmimi və duyğulu ab-havada, çay süfrəsi ətrafında davam edib.
Şəhid analarına ehtiram və qayğı xalqımızın mənəvi borcudur.
![]() |
![]() |
![]() |
![]() |