
"15 sentyabr-Bilik günü" münasibətilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Daha sonra tədbirdə iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışdır.
İcra başçısı çıxışında Respublikada aparılan təhsil islahatlarından bəhs edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi ümumtəhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülmüşdür. Rayon ərazisindəki bütün tam orta məktəblər müasir tələblərə cavab verən formada tikilərək istifadəyə verilmişdir.
Rəfael Babayev ötən tədris ilində rayon məktəblilərinin qazandıqları uğurlardan danışaraq vurğulamışdır ki, aparılan islahatlar şagirdlərin tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sonra rayon təhsil şöbəsinin müdiri Elşən Babayev, məktəbin direktoru Araz Məmmədov və məktəbin müəllimi İnarə Quliyeva da çıxış edərək müəllim və şagird kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirdə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |