Şahbuzda yaşıllıqlara mövsümi qulluq aksiyası həyata keçirilib

28 iyun 2025-ci il tarixində Şahbuz şəhərində yaşıllıq sahələrinə aqrotexniki qaydada qulluq göstərilib. Aksiya çərçivəsində ağacların gövdələri zərərvericilərə qarşı xüsusi məhlulla ağardılıb. Eyni zamanda, alaq otları biçilərək ərazidən daşınıb, təmizlik və səliqə-sahman işləri aparılıb.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən qulluq aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəallıqla iştirak ediblər. Aksiya çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin saxlanması istiqamətində mühüm addımlar atılıb.

 Şahbuz rayonunda bu kimi tədbirlərin mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.