Şahbuzda qəbiristanlıqlarda təmizlik işləri aparılıb

Novruz bayramı ərəfəsində Şahbuz rayonunda qəbiristanlıqlarda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan təmizlik aksiyası çərçivəsində məzarlıqların ətrafı səliqəyə salınıb, otlar və kol-kos təmizlənib.

Qeyd edək ki, bu cür aksiyalar Şahbuz rayonunda davamlı olaraq keçirilir və ictimaiyyət tərəfindən müsbət qarşılanır. Məqsəd məzarlıqların abad saxlanılması və ətraf mühitin qorunmasıdır.