
Şahbuz rayonunda 27 sentyabr-Anım Günü qeyd edilib.2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən ikinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması üçün Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladi. Anım Günü münasibətilə Şahbuz rayonunda bir sıra tədbirlər keçirilib.
27 sentyabr 2025-ci il tarixində Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və rayon ictimaiyyətinin nümayəndələri Şahbuz şəhərində şəhidlər abidə kompleksində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan zabit və əsgələrin əziz xatirəsini ehtiramla yad etmiş ,kompleksin önünə gül dəstələri qoymuşlar.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |