
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Qızıl Qışlaq kəndinin sakinlərini növbəti dəfə fərdi qəbul edib, müraciətlərini dinləyib.
8 oktyabr 2025-ci il tarixində Qızıl Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binasında keçirilən səyyar qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Rəfael Babayev müraciətlərin qısa müddətdə araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Kənd sakinləri müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu cür səyyar qəbullar mütəmadi xarakter daşıyır və vətəndaşların dövlət qurumlarına birbaşa müraciət etmək imkanlarını genişləndirir. Bu görüşlər mövcud problemlərin operativ həlli, yeni təşəbbüslərin dəstəklənməsi və kəndlərin sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
![]() |
![]() |