Qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Çingiz Əliyev, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, bələdiyyə sədri , xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısı Rəfael Babayev qəbulda iştirak edən qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərlə bağlı müraciətləri dinləmiş, müraciətlərin icrası barədə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinə, həmçinin aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördükləri çoxşaxəli işlərdən danışmışdır.
Qəbulda iştirak edən sakinlər çıxış edərək memarı Ulu Öndər Heydər Əliyev olan müstəqil dövlətimizin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyindən qürur duyduqlarını bildirdilər.
Respublikada, o cümlədən rayonda həyata keçirilən abadlıq quruculuq işlərindən, insanların sosial məişət vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən razılıqlarını bildirərək, bütün bunlara görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
![]() |
![]() |
![]() |
![]() |