2022-ci il Sosial-İqtisadi İnkişaf göstəriciləri

2022-ci ildə Şahbuz rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri 

Sənaye. 2022-ci ildə 12215,6 min manatlıq, yaxud 2021-ci illə müqayisədə 16,3 faiz az sənaye məhsulu istehsal olunmuşdur.

2022-ci ilin yanvar-noyabr aylarında Şahbuz rayonunda sənaye sahəsi üzrə 580 nəfər işçi çalışmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 443,1 manata çatmışdır.

Əsaslı tikinti. 2022-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29878,6 min manat və ya 2021-ci illə müqayisədə 5,1 faiz az vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 3,9 faiz azalaraq 27324 min manat təşkil etmişdir.

2022-ci ilin yanvar-noyabr aylarında Şahbuz rayonunda tikinti sahəsi üzrə 422 nəfər işçi çalışmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 508,6 manat olmuşdur.

Kənd təsərrüfatı. Şahbuz rayonunda 2022-ci ildə:

- 1641 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 4370 ton məhsul yığılmışdır. Məhsuldarlıq orta hesabla 26,6 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığılmış məhsul 1,4 faiz, məhsuldarlıq 1,5 faiz çoxdur.

- 1156 hektar buğda əkini sahəsindən 3227 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 27,9 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,8 faiz, yığılmış məhsul 2,6 faiz, məhsuldarlıq 1,8 faiz çoxdur.

- 371 hektar arpa əkini sahəsindən 854 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 23 sentner olmuşdur. 2021-ci illə müqayisədə məhsuldarlıq 0,4 faiz çoxdur.

- 114 hektar dənli-paxlalılar əkini sahəsindən 289 ton dənli-paxlalılar yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 51 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,9 faiz, yığılmış məhsul 1,4 faiz, məhsuldarlıq 0,8 faiz çoxdur.

- 2 hektar dən üçün qarğıdalı əkini sahəsindən 10,2 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 51 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığılmış məhsul və məhsuldarlıq hər iki halda 2 faiz çoxdur.

- 7 hektar dən üçün günəbaxan əkini sahəsindən 15 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 21,4 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 16,7 faiz, yığılmış məhsul 15,4 faiz çoxdur.

- 443 hektar kartof əkilmiş sahədən 6512 ton kartof yığılmışdır. Məhsuldarlıq orta hesabla 147 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,2 faiz, yığılmış məhsul 0,3 faiz, məhsuldarlıq 0,1 faiz çoxdur.

- 170 hektar tərəvəz bitkiləri əkilmiş sahədən 2012 ton   tərəvəz məhsulları yığılmışdır. Məhsuldarlıq orta hesabla 118,4 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,6 faiz, yığılmış məhsul 0,7 faiz, məhsuldarlıq 0,2 faiz çoxdur.

- 12 hektar bostan bitkiləri əkilmiş sahədən 101 ton bostan məhsulları yığılmışdır. Məhsuldarlıq orta hesabla 84,2 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 9,1 faiz, yığılmış məhsul 4,1 faiz çoxdur.

- bar verən meyvə bağlarından 8384 ton məhsul yığılmışdır ki, bu da 2021-ci illə müqayisədə 1 faiz çoxdur.

- bar verən üzüm bağlarından 198 ton məhsul yığılmışdır ki, bu da 2021-ci illə müqayisədə 1 faiz çoxdur.

2022-ci ildə 784 hektar sahədə payız əkini üçün şum qaldırılmışdır.

2022-ci ildə 719 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır ki, bunun da 549 hektarı buğda, 170 hektarı isə arpadır.

1 yanvar 2023-cü il tarixə Şahbuz rayonunda 23462 baş qaramal olmuşdur ki, bu da 1 yanvar 2022-ci illə müqayisədə 1,3 faiz və yaxud 295 baş çoxdur.

Məhsuldar mal-qara olan inək-camışlar qaramalın 12247 başını və yaxud 52,2 faizini təşkil etməklə 1 yanvar 2022-ci illə müqayisədə 1,2 faiz və yaxud 140 baş çoxdur.

1 yanvar 2023-cü il tarixə Şahbuz rayonunda 127448 baş qoyun və keçi olmuşdur ki, bu da 1 yanvar 2022-ci illə müqayisədə 1,5 faiz və yaxud 1834 baş çoxdur.

2022-ci ildə Şahbuz rayonunda diri çəkidə 3368 ton ət, 15962 ton süd, 21220 min ədəd yumurta, 187,5 ton yun istehsal edilmişdir. 2021-ci illə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 18,3 faiz, yun istehsalı 1 faiz artmışdır.

2022-ci ildə 416 ton bal istehsal edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 1,5 faiz çoxdur.

Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 2022-ci ildə 112 min manat (2021-ci ildə 110 min manat) dəyərində balıq satılmışdır.

Şahbuz rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 63646 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 1,7 faiz çoxdur.

Nəqliyyat, informasiya və rabitə. 2022-ci ildə Şahbuz rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1147,1 min ton yük, 4790,8 min sərnişin daşınmışdır. 2021-ci illə müqayisədə yük daşınması 0,1 faiz artmış, sərnişin daşınması 0,2 faiz azalmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 3629,3 min manat gəlir əldə edilmişdir ki, bu da 2021-ci ilə nisbətən 0,2 faiz azdır.

Şahbuz rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 2476,7 min manat olmuşdur ki, bu da 2021-ci illə müqayisədə 2,7 faiz çoxdur. 2022-ci ildə Şahbuz rayonunda 87 ədəd telefon çəkilişi olmuşdur ki, bu da 2021-ci ilə nisbətən 16 faiz çoxdur.

İstehlak bazarı. 2022-ci ildə Şahbuz rayonunda əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 0,6 faiz artaraq 57494,9 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin 5,1 faizini və yaxud 2931,7 min manatını iaşə əmtəə dövriyyəsi təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 0,4 faiz çoxdur. 2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 0,3 faiz artaraq 12245,8 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 21,3 faizi və yaxud 2608,2 min manatı məişət xidmətlərinin payına düşür ki, bu da əvvəlki illə müqayisədə 0,1 faiz artmışdır.

Əməkhaqqı. 2022-ci ilin yanvar-noyabr aylarında Şahbuz rayonunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 567,9 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 110,5 faiz təşkil edir.

Ən yüksək orta aylıq əməkhaqqı dövlət idarəetməsi və     icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, daşınmaz    əmlakla əlaqədar əməliyyatlar, elektrik enerjisi, qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışan işçilərdə olmuşdur.